30 Oktyabr 2025 / 09:54

Slovakiya Ukraynaya hərbi dəstəyə bir qəpik də olsun ianə etməyəcək -Fiko

Slovakiya 2026-2027-ci illərdə Ukraynanın hərbi maliyyələşdirilməsini dəstəkləyəcəyinə zəmanət vermir

Slovakiya 2026-2027-ci illərdə Ukraynaya hərbi maliyyələşdirmə ilə bağlı heç bir zəmanət verməyəcək və Ukrayna Silahlı Qüvvələrinə “bir qəpik də” ayırmayacaq.

Tezadlar.az bildirir ki, Slovakiyanın Baş naziri Robert Fiko bu açıqlamanı 29 oktyabrda verib.

“Biz 2026-2027-ci illərdə Ukraynanın hərbi maliyyələşdirilməsi ilə bağlı heç bir zəmanət vermirik. Slovakiya bu hərbi xərclərə bir qəpik də ianə etməyəcək”, – deyə o, hökumət iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Fiko Alyansın şərq sərhədlərində NATO qoşunlarının potensial azaldılması xəbərini sürpriz adlandırıb. Bu fonda Baş nazir Avropanın külli miqdarda Amerika silahları almasını, Vaşinqtonun isə beləliklə “əllərini sıxmasını” gülünc hesab edib.

Fiko vurğulayıb ki, Slovakiya müdafiə xərclərini daha səmərəli şəkildə xərcləməlidir. O, iddia edirdi ki, əgər Avropa Birliyi məsləhətləşib Avropa üçün faydalı silahları birgə alsaydı, birlik çoxlu pula qənaət edərdi.

Xatırladaq ki, 26 oktyabrda Robert Fiko Slovakiya hakimiyyətinin Ukrayna yaraqlılarını maliyyələşdirmək üçün Avropa liderlərinin heç bir sxemində iştirak etmək niyyətində olmadığını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!