13 Sentyabr 2025 / 09:51

Smolensk vilayətində üç PUA vurulub

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə və səhər Smolensk vilayətinin ərazisində üç pilotsuz təyyarəni vurub.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vasili Anoxin özünün Telegram kanalında məlumat verib.

Daha əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, cümə günü Moskva vaxtı ilə saat 23:00-dan şənbə günü saat 06:00-a qədər bölgə üzərində bir pilotsuz uçuş aparatı vurulub.

“Dünən gecə və səhər saatlarında Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri üç pilotsuz təyyarəni vurub. Tələfat və dağıntı yoxdur. Dağıntıların düşdüyü yerə təcili xidmətlər göndərilib”, – o yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!