20 Aprel 2024 / 06:14

SMOLENSKDƏ UKRAYNA PUA-LARININ HÜCUM CƏHDİ DƏF EDİLİB

Smolenskdə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücum cəhdi dəf edilib.

Tezadlar.az bildirir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Vasili Anoxin öz Telegram kanalında məlumat verib.

“Ukrayna rejimi PUA-lardan istifadə edərək bölgəmizə hücum etmək cəhdlərini davam etdirir” – deyə o, yazıb.

Anoxin rayon sakinlərinə sakit və təmkinli olmağı xahiş edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!