Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə “SOCAR Georgia Petroleum” şirkəti tələbələr üçün İş və Təhsil Proqramını elan edib. Tezadlar.az xəbər verir ki, “SOCAR Georgia Petroleum” Gürcüstanda gənclərin məşğulluğunu və təhsilini dəstəkləmək məqsədilə Tələbə Proqramını davam etdirir. Proqram çərçivəsində tələbələr eyni zamanda iş təcrübəsi qazanmaq və təhsilləri üçün maliyyə dəstəyi əldə etmək imkanına malik olacaqlar. Proqramda iştirak etmək üçün tələbənin özəl və ya dövlət ali təhsil müəssisəsində fəal tələbə olması tələb olunur. İştirakçılar SOCAR-ın yanacaqdoldurma məntəqələrində yanacaqdoldurma operatoru və ya baş yanacaqdoldurma operatoru kimi çalışaraq həm praktiki bacarıqlarını inkişaf etdirə, həm də təhsil xərcləri üçün maliyyələşdirmə əldə edə bilərlər.
Qeyd olunub ki, təşəbbüsün məqsədi tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləmək, motivasiyasını artırmaq və şirkətin sosial məsuliyyətinin vacib hissəsi olan iş mədəniyyətini gücləndirməkdir. “SOCAR Georgia Petroleum” gənclərin inkişafını dəstəkləməyə və Gürcüstan ərazisində təhsil yönümlü layihələr həyata keçirməyə davam edir.