4 Aprel 2026 / 09:01

SOCAR terminalının yaxınlığında PUA aşkarlandı- İNANILMAZ

Ötən gün Gürcüstanın Xobi bələdiyyəsinin Kulevi kəndi ərazisində- SOCAR terminalının yaxınlığındakı sahil zolağında naməlum PUA aşkarlanıb. Tezadlar.az ölkə mediasına istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. “Bu, Rusiyanın ‘Gerbera’ tipli kamikadze dronu olmalıdır. Hansı ki, ya texniki nasazlıq səbəbindən, ya da Ukrayna hava hücumundan müdafiə sistemlərinin təsiri nəticəsində dənizə düşüb və axın onu Kulevi sahillərinə gətirib çıxarıb” , – deyə qeyd olunub.
Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi yerli mətbuatın sorğusuna cavab olaraq bildirib ki, istintaq Cinayət Məcəlləsinin beynəlxalq uçuş qaydalarının pozulmasını nəzərdə tutan 280-ci maddəsi ilə başlayıb. Qeyd olunub ki, bu mərhələdə tapılan hissənin hər hansı bir uçuş aparatının fraqmenti olub-olmadığı hələlik məlum deyil.

Araşdırmalar davam edir, lakin ilkin müşahiidələr dron hissəsinin olduğunu təsdiqləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!