Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış aşpaz soğan doğrayarkən göz yaşına səbəb olan maddələri izah edib.
Tezadlar.az xəbər verir ki, Erika Videsin sözlərinə görə soğan hüceyrələri zədələndikdə ayrılan fermentlər və sulfen turşuları propanetial S-oksid əmələ gətirir. Bu maddə gözün selikli qişası ilə təmasda kükürd turşusuna çevrilərək qıcıqlanma və göz yaşlarına səbəb olur.
Aşpaz məsləhət görür ki, bu təsiri azaltmaq üçün soğan kəsməzdən əvvəl bıçağı yaxşı itiləmək lazımdır. Hüceyrələrin zədələnməsini minimuma endirmək üçün isə soğanı irəli-aşağı hərəkətlə doğramaq tövsiyə edilir.
Vides əlavə edib ki, soğanı doğramadan öncə soyuducuda saxlamaq və ya kontakt linza taxmaq da göz yaşını əhəmiyyətli dərəcədə azalda bilər.