Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Filippində “Trisha Kerstin 3” adlı “Ro-Ro” tipli bərənin qəzası nəticəsində ölənlərin sayı daha iki meyitin tapılmasından sonra 31-ə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ən azı 316 nəfər xilas edilib.
Axtarış əməliyyatları davam edir və itkin düşənlərin dəqiq sayını müəyyən etmək üçün araşdırma aparılır.
Bərə Zamboanqa şəhərindən (Filippin) Holo adasına gedirmiş. O, Baluk adası yaxınlığında qəzaya uğrayıb.