9 Fevral 2026 / 19:13

SON DƏQİQƏ: ABŞ-ın vitse-prezidenti İrəvanda mitinqlə qarşılanıb

İrəvan sakinləri etiraz aksiyası keçiriblər.

Tezadlar.az bildirir ki, bu barədə “Sputnik Armenia” Telegram kanalı məlumat verib.

Vaşinqton vətəndaşları ABŞ-ın vitse-prezidenti J.D.Vensin paytaxta gəlişindən sonra etiraz aksiyası təşkil ediblər. Hadisə Marşal Baqramyan prospektində baş tutub. İştirakçılar Azərbaycandakı erməni əsirlərinin azad edilməsini tələb ediblər.

“Etiraz İrəvanın mərkəzində Vensə məktubun imzalanması ilə başa çatıb. ABŞ-ın vitse-prezidentinə ünvanlanan kollektiv mətndə itkin düşmüş şəxslərin taleyi və Qarabağ sakinlərinin vətənlərinə qaytarılması mexanizmi ilə bağlı suallar da yer alıb”, – deyə nəşr bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!