30 Mart 2026 / 18:45

SON DƏQİQƏ: İrandan Türkiyənin hava məkanına daxil olan ballistik raket zərərsizləşdirilib

Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi Türkiyə hava məkanında zərərsizləşdirilən ballistik raketlə bağlı açıqlama yayıb.

Bəyanatda İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyi bildirilir.

“Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən zəruri tədbirlər görülür və regiondakı bütün inkişaflar milli təhlükəsizliyimizə üstünlük verərək diqqətlə izlənilir”, – bəyanatda əlavə edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!