Əsas məzmuna keç

Millimiz bu gün Syerra-Leone ilə üz-üzə gəlir

Tezadlar.az xəbər verir ki, Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində növbəti matçına çıxır. Yığmamız turnirdəki ikinci oyununda Syerra-Leone seçməsi ilə qarşılaşacaq.

Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionda keçiriləcək bu qarşılaşma yerli vaxtla saat 19:00-da start götürəcək. Turnirin ilk oyunundan sonra millimizin bu matçda nümayiş etdirəcəyi performans azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.

Qeyd edək ki, “Qarabağ” FK başda olmaqla ölkənin aparıcı klubları da sosial media hesabları vasitəsilə millimizə bu məsuliyyətli oyunda uğurlar arzulayıb.

Uğurlar, Milli!

Səbinə Bağırova 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…