26 Mart 2026 / 18:46

SON DƏQİQƏ: İsrail cənubi Livana fosfor bombaları ilə hücum etdi

İşğalçı İsrail ordusunun Livanın cənubunda “Hizbullah” üzvləri ilə toqquşmaların baş verdiyi şəhərlərə ağ fosfor bombaları ilə hücum etdiyi bildirilib.

Tezadlar.az xəbər verir ki, Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusu Deyr Siryan, Kantara, Taybe, Yahmar əş-Şakif, Zautar, Furun əl-Qanduriyya və Burj Kalaway şəhərlərinə fosfor bombaları ilə hücum edib.

Bundan əlavə, Deyr Siryan və Kantara-Taybe yolunda İsrail əsgərlərinə edilən hücumlardan sonra Taybe şəhəri üzərində İsrail Apachi helikopteri görünüb.

Bu arada, “Hizbullah”ın açıqlamasına görə, İsrailin şimalındakı nöqtələrə hücumlar intensivləşib.

Gecə saatlarından bəri Livanın cənubunda və İsrailin şimalındakı nöqtələrdə İsrail əsgərlərinə qarşı 40 hücum edildiyi bildirilib.

Çoxsaylı yaşayış məntəqələri və hərbi bazalar raket və dronlarla hədəfə alınıb.

Livanın cənubundakı Deyr Siryan şəhərində daha bir İsrail Merkava tankı vurulub.

Xatırladaq ki, daha əvvəl “Hizbullah” Livanın cənubunda İsrail əsgərləri ilə şiddətli toqquşmalarda 19 Merkava tankının hədəf alındığını açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!