2 Aprel 2026 / 22:30

“Sosial şəbəkə estetikası” faciə ilə bitdi: Çəhrayı rəngə boyanan fil tələf oldu – FOTO

Tezadlar.az xəbər verir ki, Hindistanın Caypur şəhərində reallaşdırılan qeyri-adi fotosessiya heyvanın ölümü ilə nəticələnib. Rusiyalı fotoqraf Yuliya Burulyova tərəfindən həyata keçirilən çəkiliş zamanı yadda qalan kadrlar əldə etmək üçün yaşlı dişi fil və hindistanlı model çəhrayı rəngə boyanıb.

Hadisə sosial şəbəkələrdə kəskin etirazla qarşılanıb. Fotoqrafın boyaların təbii olması ilə bağlı iddialarına baxmayaraq, yerli sakinlər və ekspertlər fərqli fikirdədir. İlkin məlumatlara görə, heyvanın ölümünə səbəb rənglənmə zamanı keçirdiyi güclü stress və boyaların tərkibindəki toksik piqmentlərin təsiri olub. Heyvan haqları müdafiəçiləri “estetika” naminə canlıların həyatının təhlükəyə atılmasını şiddətlə qınayır.

Səbinə Bağırova 

Screenshot Instagram

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!