Əsas məzmuna keç

Melaniya Trampın vasitəçiliyi ilə 6 ukraynalı uşaq ailələrinə qovuşub

ABŞ Prezidentinin həyat yoldaşı Melaniya Tramp 6 ukraynalı uşağın öz ailələrinə qovuşması barədə Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunmasında vasitəçilik edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.

Məlumata görə, daha bir uşaq bu ayın sonlarında ailəsinə təhvil veriləcək.

Melaniya Tramp qeyd edib ki, uşaqların öz yaxınlarına qovuşması müasir dövrün əsas humanitar vəzifələrindən biri olaraq qalır. O, həmçinin tərəflərin bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…