Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, NATO ölkələri anti-Rusiya kursunu gücləndirirlər və bu, Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxarır.
“Şimali Atlantika bloku anti-Rusiya kursunu gücləndirir ki, bu da münaqişənin kəskinləşməsinə gətirib çıxarır. ABŞ və müttəfiqləri Ukraynaya hərbi yardımı artırırlar. Bildirilir ki, təkcə bu il onlar Qərb istehsalı olan 200 tank, 400-dən çox müasir zirehli döyüş maşını tədarük etməyə hazırdırlar”, – müdafiə naziri bildirib.
O əlavə edib ki, Ukrayna ordusunu təchiz etmək üçün uzaqmənzilli silahlar, o cümlədən 150 km-ə qədər artırılan raketlər də verilir.
Şoyqu həmçinin qeyd edib ki, Qərb 300 kilometrə qədər buraxılış məsafəsinə malik ATACMS raketlərini, həmçinin F-16 qırıcılarını Kiyevə ötürmək imkanını nəzərdən keçirir.
E.ŞİRİNOV