Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Goranboy rayonunun Faxralı kəndindəki ailə münaqişəsi zəminində qətl hadisəsi barədə məlumat vermişdik. məlum olur ki, ana ilə oğul arasındakı sözün çəp gəlməsi Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlunun yaşadığı evdə anası – 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirməsinə bais oldu. Hadisə zamanı həyat yoldaşı – 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb. Emin Vəliyev qaçıb aradan çıxmaq istəsə də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Tezadlar.az bildirir ki, Goranboy rayon Prokurorluğunda araşdırma aparılır. Ana ilə oğulun dil tapa bilməməsi, səbrsizliyi bir nəfərin ana qatili olmasına səbəb oldu.
Elbar