Aşağıdakı lövhənin sağında kürsüdə oturan MÜDRİK ŞEYXDİR.
O, antik dövrlər Babilanda baxıcı kimi bəxtə baxır, taleni müəyyən edir, yuxu yozur, biznesdə uğur qazanmaq üçün məsləhətlər verirdi. Bir sözlə, özünün ofisində camaatın işi çətinə düşəndə geniş dünyagörüşlü ağsaqqal kimi adamların əlindən tuturdu.
Bu, onun əsas işi və gündəlik ruzusu idi.
O elə türkcə ŞEYX də adlanırdı.
ŞEYX sözü də, funksiyası da Türkdən Ərəbə keçmədir ki, islamda dini epitetə və vəzifəyə çeviriblər.
***
Sol əlindən tutulub Şeyxin qabağına gətirilən ortadakı qadının işi çətinə düşüb. Bacıları, ya qonşuları, ya rəfiqələri ana nə qədər ürək-dirək versələr də a səngimir.
Odur ki, anu, dərdini söyləyib ona əlac almaq üçün Şeyxin (o həm də psixoloq olurdu) yanına gətirib xeyrixahlar.
Dərdini dinləyəndən sonra, Şeyx ana arxasında qazılmış mixi hecalı yazıyla aşağıdakıları deyir. Oxunan hecalar bunlardır:
sur-nammu / nita kala-ga / lugal uri-ma ha-at-ha-me-er / ensi / ish-ku-en-EN.ZU / ir-zu
Sür nammu nita qala qalu qal urima haat ham eer ensi isgku encu irzu
Sür (Tale) nammu (namdır, şan-şərəfdir)!
Hayat ham (xamdır, gözlənilməzdir), nita (necə) qala, [sən də elə sakit, səbirli qal], urima (heç şeyi əldən vermə).
Əyər ensə (tərzi pozulsa, çətinləşsə), işkü en (sən də narahat ol, en – onunla ayaqlaş).
ÖNCƏ İRZU (hər şeydən öncə isə ruzu, (təki ruzun olsun).
İndiki gərgin həyat, ağır yaşam tərzi keçirən yüz minlərlə həmmillətimə hər halda böyük təskinlik olar deyə, burada təqdim etdim Ulu Şeyxin qızıldan qiymətli tövsiyəsini.
****************
Bu cür zəngin məsləhət meyarlı qədim dünyəvi yazımızı, Avropa müəllifi bu cür tərcüməsi ilə püfürdək kimi yerə sürtür:
“Ur-Nammu, strong man, king of Ur: Hash-hamer, governor of the city of Ishkun-Sin, is your servant”.
“Ur-Nammu, güclü adam, Urun padşahı:
İşkun-Sin şəhərinin valisi Haş-hamer sənin qulundur.”
Guya “güclü adam Urun padşahı” bilmir ki, bu yalançı şəhərin yalançı qubernatoru onun quludur. Və bu səfeh sözləri əcdad min çətinliklə niyə gil lövhəyə qəlibləməliydi?
_______________
*Basmaqəlib – (termin mənimdir) – ona görə belə adlandırıram ki, sağdakı qara rəngli daş – möhürdür. Qiymətli daşın üzərinə yonulmuş şəkil və yazını lövhənin səthi üzərində təzyiq altında diyirlətməklə onları yaş gil lövhəyə basmaqəlib üsulu ilə keçirirdilər.
Tariyel Azərtürk,
Professor
(ABŞ)