Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub. Tezadlar.az TƏBİB-ə istinadla bildirir ki, zəhərlənmə hadisəsi tekstil fabrikində baş verib. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən “Təzadlar”ın sorğusuna cacavab olaraq bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.