Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Mart 2026 / 22:36

Süni intellekt məşhur şirkətin işçilərini işsiz qoydu

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri, «Facebook» və «İnstagram» kimi sosial şəbəkələrin sahibi olan «Meta» şirkəti süni intellektə keçid çərçivəsində işçilərinin bir hissəsini ixtisar edəcək.

Tezadlar.az  xəbər verir ki, «Meta»nın işçilərinin 20%-i və ya hər 5 işçidən biri ixtisar ediləcək onları  süni intellekt əvəzləyəcək.

Lakin mənbələr qeyd edirlər ki, ixtisarların son vaxtı və miqyası hələ təsdiqlənməyib.

Əgər bu planlar yerinə yetirilsə, bu, 2022-ci ilin sonu/2023-cü ilin əvvəllərində baş verən ixtisarlardan bəri ən böyük işçi qüvvəsi ixtisarı olacaq. Həmin vaxt şirkət işçi qüvvəsinin təxminən 25%-ni təşkil edən 21 000 işçi işdən çıxarılmışdı.

Xatırladaqki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, «Meta»da təxminən 79 000 nəfər işləyir.

Digər Amerika texnologiya şirkətlərində də süni intellektə keçid ciddi ixtisarlarla baş verir, belə ki, yanvar ayında «Amazon» şirkəti işçi qüvvəsinin təxminən 10%-ni təşkil edən 16 000 işçisini ixtisar etmək planlarını açıqlayıb.

 

fed

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!