23 İyul 2025 / 13:51

Suriya terrorla mübarizədə Türkiyədən yardım istəyib

Dəməşq rəsmi olaraq respublikanın müdafiə potensialının gücləndirilməsi üçün dəstək istəyib.

Tezadlar.az bildirir ki, “Anadolu” dövlət xəbər agentliyinin Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi sorğu daxil olub.

Onlar qeyd ediblər ki, müraciətə uyğun olaraq Suriyanın müdafiə potensialının gücləndirilməsi üçün təlim, məsləhətləşmələr və texniki dəstək verilməsi istiqamətində işlər davam etdirilir.

İyulun 13-də silahlı dəstələr Suveyda vilayətində druzların yaşadığı yaşayış məntəqələrinə hücum ediblər. Bölgəni Dəməşqlə birləşdirən avtomobil yolu bağlanıb. Yerli özünümüdafiə dəstələri dinc sakinləri qorumaq üçün silahlı radikallarla döyüşə girib. İyulun 16-da İsrail Hərbi Hava Qüvvələri druz icmasını qorumaq bəhanəsi ilə Suriya paytaxtında Baş Qərargah və prezident sarayına zərbələr endirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!