16 Aprel 2025 / 10:32

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Hava şəraiti işıqforların işləməsində də problem yaradıb

Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən işıqforların işində problemlər yaranır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar.

“Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur. Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək”, – deyə o qeyd edib.

 

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!