8 İyul 2023 / 10:39

TƏKRAR ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ ÜZRƏ SƏNƏD QƏBULU APARILIR

Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili növü üzrə sənəd qəbulu prosesi davam edir.

Elm və Təhsil Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Sənəd qəbulu prosesi avqustun 31-i saat 18:00-da bitəcək.

Qəbul qaydaları nazirliyin saytında yerləşdirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!