Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2024 / 11:15

“TƏMİZ HAVA” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ REYDLƏR DAVAM EDİR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər davam etdirlir.

Belə ki, “Təmiz hava” aylığı çərçivəsində növbəti reydlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Göygöl, Goranboy və İsmayıllı rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayonların ərazilərində keçirilib.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, reydlər zamanı ümumilikdə 66 avtonəqliyyat vasitəsinə baxış keçirilib, 23 avtonəqliyyat vasitəsinin mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Qeyd edək ki, “Təmiz hava” aylığının keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırki vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!