7 Avqust 2025 / 12:08

Tailand və Kamboca sərhəddəki gərginliyin aradan qaldırılması üçün razılığa gəliblər

Tailand və Kamboca rəsmiləri Kuala-Lumpurda keçirilən danışıqlardan sonra sərhəddəki gərginliyin aradan qaldırılması üçün razılığa gəliblər.

“Tailand və Kamboca arasında sərhəd vəziyyətinin həlli üzrə komitənin iclası başa çatıb. Hər iki tərəf atəşkəs rejiminin saxlanması üçün 13 bənddən ibarət saziş üzərində razılığa gəlib, hər iki ölkənin rəsmiləri sərhəddəki gərginliyin həllinə və sərhəd bölgəsində sülhün bərpasına yönəlmiş protokollar imzalayıblar”, – Tezadlar.az xəbər verir ki, Tailand hökumətinin cümə günü yaydığı məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!