Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 07:58

TANRININ SEÇDİYİ BƏNDƏ- İLYAS İSMAYILOV

Yaxud, universal zəka sahibi…

Bu günlərdəAdiloğlunəşriyyatında nəfis tərtibatla işıq üzü görənMən buzamana sığmazamadlı sənədli-publisistik kitab bir oxucu kimi diqqətimi çoxçəkdi.  Üç hissədən ibarət olan bu kitab Azərbaycanın dövlət xadimi, AzərbaycanSSR Prokuroru ölkəmizin müstəqillik dövrünün ilk Ədliyyə naziri vəzifələrindəçalışmış, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasınınsədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edir. Ələmdar Məmmədovun müəllifi  olduğu kitabın mövzusu  doğma xalqı, vətəniüçün SEÇİLMİŞ  bir insanın həyat fəaliyyətindən, keşməkeşli TALEYİDƏN bəhs etsə , təkcə tarixi baxımdan aktuallığına, mahiyyətinə görə deyil, həm bir çox müsbət, maarifləndirici xüsusiyyətlərinə görə çox əhəmiyyətlidir.

Bəşər yaranandan bəri, yer üzünə saysız-hesabsız insanlar gəlib-gedir.  Təbii ki, ölüm faktoru insan həyatının danılmaz qaçılmaz məqamıdır. Sözün poetikqüdrətindən özünə heykəl ucaldan Məmməd ArazınDünya sənin, dünya mənim, dünya heç kiminfikri   dünyada  heç kimin ömrünün əbədi olmadığını ifadəedir.  Fəqət, sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra sevilmək, yaddaşlara əbədi köçmək hər insana nəsib olmayan bir xoşbəxtlikdir. Bəli, İlyas İsmayılov xalqımız tərəfindən ehtiramla yad olunmağa layiq, Ulu TanrınınAzərbaycana bəxş etdiyi tarixi unudulmaz şəxsiyyətdir.

Ələmdar müəllim kamillik  mənəviyyat zirvəsinə ucalan bu fədəkar İNSANIN, tarixi ŞƏXSİYYƏTİN işıqlı obrazını real fakt hadisələrə söykənərək kitabın“XX əsrin XXI  əsrə hədiyyəsi”, “Siyasətimizin Cahandar ağası “O, Azərbaycandan getdi”  hissələrində hər hissənin bölmələrində mükəmməltəqdim edir.

Birinci hissəyə daxil edilənZirvəyə doğluadlanan ilk  bölmədə İlyas İsmayılovun dünyaya gəlişini müəllif bədii dildə belə qələmə alır: “Novruz Abbas atanın Məleykə ananın ocağını hamıdan əvvəl işıqlandırdıbu sevgi doluailəyə övlad  müjdəsi, övlad sevinci gətirdi. Abbas ata Novruzun onlara gətirdiyi övlad payının, oğul payının adını İlyas qoydu. İlahu qüvvə, köməyə gələn mənasını verən bu adın sahibinin bir ocağın, bir obanın, bir elin dadınayetişəcəyinə inanırdı, güvənirdi ata…”

Amma taleyi İlyası hələ körpəykən sınağa çəkir. Xidməti vəzifəsinin icrası zamanıatası qətlə yetirilir. Hüquqşünas olmaq istəyi üzünü görmədiyi milis işçisi olmuşatasından qaynaqlanan İlyas İsmayılovun fəaliyyəti boyu əsas qayəsi hamınınqanun ədalət qarşısında bərabərliyini təmin etmək olub. 1981-ci ildəProkurorluq işçilərinin mənəvi tərbiyəsi adlı kitabçasında, mətbuatda dərcolunan müsahibələrində kadrların düzgün seçilməsindən bəhs edən İlyas müəllimDövlət İmtahan Komissiyasının sədri olanda həmişə ləyaqətli savadlı məzunlarıprokurorluq orqanlarına işə qubul edib. Kitabda müəllifin qeyd etdiyi kimi, “hüquq-mühafizə orqanlarının işıqlı adamı, ədalət carçısı İlyas İsmayılov barədəsöylənilən xoş xatirələr, sağlığında qazanılan rəhmətlər bitib-tükənmir.”

Respublika prokuroru olduğu  illərdə məhz İlyas İsmayılov Moskvanın eyniləÖzbəkistandakı kimi Azərbaycanda  istintaqlar aparmasına, “pambıqla başkəsməkistəyinə qarşı çıxıb. ya  müəllifin qeyd etdiyi kimi, ondan əvvəlrespublikada 10 min, 20 min rüşvət alanlarRüşvətxorluğla mübarizəpərdəsialtında 10 manat, 20 manat rüşvət alanları həbsə alıb, məhkum etdirirdilər. Kiçikməbləğlərə görə insanlar istintaqa cəlb olunur, gülünc məhkəmə proseslərikeçirilir, təəccüb doğuran qərarlar qəbul edilirdi. (səh.58)

İllər ötdü, İlyas İsmayılov Respublika Prokuroru olanda belə utancverici işlərə son qoymağı fəaliyyətinin  əsad prinsipi elan etdi böyük ölçüdə məqsədinə nail oldu. (səh.61)  Xalq,  Vətən qarşısında cavabdehlik həlledici məqamlarda SÖZLƏ  ƏMƏLİN üst-üstə düşməsidir. İlyas müəllimin sözlə əməli, “hər şeyə ədalətprinsipi ilə baxan, hüququn üstünlüyünə inanan xarakteri həyatının hər anındaözünü göstərdi.” (səh. 283)  O, şəxsiyyət olaraq özünün fəallığını bu ya digərvəzifələrdə çalışarkən, cəmiyyətlə qarşılıqlı əlaqədə olduğu prosesdə büruzə verəbilirdi

Müəllif kitabda İlyas İsmayılovunyerlibazlıq qohumazlıqdan, şəxsi ambisiyadan eqoizmdən uzaq”, “qürurlu, təmənnasız təvazökar ”, qorxmaz cəsarətli”  bir sözlə, vətənpərvər insan olmasını tutarlı faktlarla qələmə alır, haqqında ən müfəssəl məlumatları oxucunun diqqətinə çatdırır.  Onu da  qeydedim ki, Ələmdar Məmmədovun sayca dördüncü olanMən bu zamana sığmazamkitabında publisistik  təfəkkürün, düşüncənin təməlində həm birmüəllif kimi özünün  güclü milli təəssübkeşlik hissi duyulur. Müəllif çox haqlıolaraq yazır ki, İlyas müəllimin xalqı, dövləti yolundakı fədakarlığı nəinkibugünkü, həm gələcək nəsillər üçün bir örnək yaşam etalonudur

Kitabın kövrək notlar üzərində köklənmiş, qələm dostum şair Musa Ələkbərlinin:

Fərhadtək dağları yarıb gəlmişdin,

Ancaq dözəmmədin övlad dərdinəqoşa misrasının epiqraf seçildiyiEtimad dərdibölməsini (ardınca elə “İlyas İsmayılov itkisi” (səh 156)  bölməsini – N.Ə) müəllif ürək ağrısıyla qələmə alıb. 19 sentyabr 2018-ci ildə  İstambulda yaşayan adamı kimi tanınan böyük oğluEtimadın xaincəsinə qətlə yetrilməsi qocaman, dağ vüqarlı, məğrur İlyas müəllimin sözün əsl mənasında, belini bükür… “Amma mətanətini heç itirmədi. Ağır zamanlar insanların əsl xarakterini ortaya çıxarır. Mən İlyas İsmayılovu özatam kimi sevdim. Mənə atalıq qayğısını əsirgəmədi. Həyatımda belə bir insanınolması, oğlumun belə bir insanın nəvəsi olması mənə fərəh hissi bəxş edir. Arzuedirəm ki, oğlum İlyas İsmayılovbabası kimi ədalətli olsun. Onun kimi şərəfli, mərd kişi olsun..” (Sevil Nuriyeva, jurnalist, televiziya aparıcısı, İ.İsmayılpvungəlini, səh. 285)

Etimadı tanıyanlar xatirələrində onun necə xeyirxah, darda olana, çətin vəziyyətdəyaşayanlara əl uzatmasından, Türkiyə Azərbaycan naminə gözünü qırpmadancan verməyə hazır bir şəxs olması başqa xüsusi məziyyətləri barədə söz açırlar, onu əsla unutmayacaqlarını dilə gətirirlər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın da Etimadın dəfn günü telefon açaraq Sevil xanıma Etimadın anası Zəkiyyə xanıma başsağlığı verməsi diqqətçəkənepizodlardan biridir. Oxucuya məlum olur ki, Etimad qardaş ölkənin ictimai-siyasi həyatında imkanı daxilində iştirak edib. Müəllif yazır: “15 İyul dövlətçevrilişinə cəhd zamanı çoxları qaçıb gizləndiyi bir vaxtda Etimad xanımı məsləkdaşı Sevil Nuriyeva ilə birlikdə ən qaynar nöqtələrdə olduEtimad  Sevilxanımı əvvəlcə telestudiyaya, ordan da Ərdoğanı qarşılamaq üçün hava limanına apardı. Onların bu fədakarlığı izsiz qalmadı. Sevil xanım mediya nümayəndəsikimi Ərdoğanı Fransaya səfəri zamanı müşayiət edənlər arasında idi.” (səh.149)

KitabınTarixi şəxsiyyətlər İsmayılov”,“Prokuror ədəbiyyat”, “İlyas İsmayılovun söhbətlərindən”, “İlyas İsmayılovun müdrik sözləribölmələrindəmüəllifin təbirincə desək, İlyas müəllimin “universal dahiolduğunun şahidioluruq.  Oxucuya məlum olur ki, “İlyas müəllim hüquq elmləri doktorudərəcəsindən yüksəkdə dayanan alim olmaqla yanaşı,  elmi, tarixi, siyasi, dini s. publisistik mətnlərin müəllifidir…” İlyas İsmayılov müdrik kəlamlarınınınbirində deyir: “Təfəkküründə müstəqillik olmadan orijinal elmi əsərlər yaradılabilmız.”

Kitabda İlyas müəllimin ölkədə dünyada baş verən siyasi hadisələri daimizləməsindən,  mütaliə dairəsindən geniş  söhbət açılır, İbn Sina, Çingiz xan, Camal Əbdül Nasir, Şarl de Qol, Nəriman Nərimanov, akademik Firudin Köçərlihaqqında məqalələrindən maraqlı sitatlar gətirilir.

Sizi xalq sevir, biz belə oğulu ikiqat qiymətləndirməliyik.” Bu sözləridünyaşöhrətli yazıçı Çingiz Aytmayov  İlyas müəllimə göndərdiyiPlaxa” (Edam kötüyü) adlı kitabına avtoqraf yazıb. İlyas müəllim əsəri oxuyub müəllifə rəyxarakterli geniş məktub yazır. Çingiz Aytmatov İlyas müəllimə göndərdiyitəşəkkür teleqramında yazırdı: “Ədəbiyyat haqqında dərin qiymətli fikirləriifadə edən məktubunuzu böyük həvəs ləzzətlə oxudum. Sizə təşəkkür edirəm. Sizə hörmət bəsləyən Çingiz Aytmatov.” (səh.176)

İlyas müəllimin Azərbaycanın ilk Xalq şairi Səməd Vurğuna şərböhtan  atanlaraciddi dəlillərə söykənən tutarlı cavabı, eləcə İlyas İsmayılovun təsviriincəsənətə, memarlığa, teatra, kinoya dərindən bələd olması onun geniş spektrli, universal ZƏKA SAHİBİ  olduğuna dəlalət etdiyinin göstəricisidir.

Bu kitabı oxuyarkən mən bir daha hiss etdim YAXŞI insanları bir-birinə   yerlipərəstlik, tayfa, regionçuluq, vəzifə-mənsəb münasibətləri deyil, ƏDALƏT, VİCDAN, QANUNA  hörmət , ƏXLAQ meyarı bağlayır

Qanun olmayan yerdə əxlaq ola bilməzdeyən İlyas İsmayılovun  SƏDAQƏT andı da QANUN olub. Kitabda İlyas İsmayılov haqqında respublikamızın   görkəmli elm xadimlərinin, hüquqşünasların, tanınmış ziyalılılarının bir-birndəngözəl maraqlı xatirələri yer alıb. Doğrudan da, Azərbaycanın hüquq elminəböyük töhfələr verən, adamsız adamların hamisi olan bu nadir alicənabşəxsiyyətin həyatı bioqrafiyası müasir gənclər üçün əsl MƏKTƏBDİR. Kitabadaxil edilən ürək sözlərinin heç birisi  kiminsə sifarişi ilə, kiməsə xoş gəlməkxatirinə yazılmayıb. “Ədalət onun həyat tərzi, davranış ehkamıdırbölməsində isə(səh 201-211) onu uzaqdan tanıyan, özünün yox, əməllərinin ziyasına qərq olansadə vətəndaşların ürək dolusu fikirləri yer alıb. Müəllif bu rəylərin çoxunu ayr-ayrı sosial şəbəkə səhifələrindən götürdüyünü bəzisini ixtisarla verdiyini qeydedir. Mən həmin fikirlərin bəzilərini ixtisarla yazıma daxil edirəm, məsələn: “Əgər başqa planetdən gələnlər bizə “Bir nəfər azərbaycanlı göstərin” – desələr, mən tərəddüd etmədən İlyas müəllimi seçərdim”. (Rahib Masallı),  “Allah Sizinkimi yüksək əqidə sahibi, kişilik ağsaqqallıq nümunsi olan ağsaqqallardan bziməhrum eləməsin”. (Vətən daşı). Bəli, bu rəylərdə kimi İlyas müəllimiQanunnaminəfilminədki prokurorun prototipi hesab edir, kimidövlətin unutduğudövlət adamı”… Ədalət Həşimov adlı oxucu isə müəllifə ünvanladığı rəydə yazır: “Hörmətli Ələmdar müəllim! Sizin “İlyas İsmayılov – 80” adı altında  çap olunanmaterialı oxudum. Mən həm şad oldum, həm kövrəldim ki, İlyas müəllim kimiAzərbaycanın dahi oğlunun yerini verən insanlar demək olar ki, yoxdur. Müasirdövrümüzün ən böyük bəlası yaltaqlıq, şərəfsizlik, ləyaqətsizlikdirƏləmdarmüəllim! Mən Sizi çox yaxşı tanıyıram. Siz özünüz şərəfli insan, ləyaqətliprokurorluq əməkdaşı olmusunuz…”

Tale bu sətirlərin müəllifinə İlyas müəllimlə iki dəfə yaxından görüşmək nəsibeləyib. İlk dəfə o böyük insanlaHürriyyətqəzetinin redaksiyasında  Novruzbayramı ərəfəsində görüşən zaman Masallıdan olduğumu biləndə məndən rayon məhkəməsinin sədri Ədalət müəllimi soruşdu. Ətraflı məlumat verdim, hətta dedimki, babası Cavad bəy hüquqşünas olub, 37-ci ildə siyasi repressiyaya məruzqalıb. İlyas müəllim  dediklərimdən xəbərdarmış kimi, özünəməxsus tərzdəgülümsündü. Sonra mənə bir şəkil verib dedi: “Bizim adımızdan Masallıcamaatının Novruz bayramını rayon qəzetində təbrik edərsən…” İkinci görüşümüzGeopolitika XXI əsrqəzetinin redaksiyasında –  baş redaktor XanoğlanƏhmədovun qəzetin yorulmaz yazarı Aydın Canıyevin  mənə verəcəkləriqonararı almağa gedərkən oldu. Redaksiya Ədalət partiyasının qərargahındayerləşirdi. Təəssüf ki, o zaman “Siyasətimizin Cahandar ağası”dan baş redaktoruolduğumMasallıqəzeti üçün müsahibə almağı heç ağlıma gətirmədim. AydınCanıyev isəGeopolitika XXI əsrqəzetində yazmışdı ki, İlyas İsmayılov yeganəAzərbaycan siyasətçisidir ki, mərhum Əbülfəz Elçibəy onun haqqındaprezidentliyə layiq yeganə şəxsiyyət İlyas İsmayılovdurfikrini söyləyib

yaxşı ki, “Zəif müxalifəti olan ölkə güclü ola bilməz”  müdrik kəlamınısöyləyən  İlyas müəllim haqqında ürək sözlərimi mən bu ilin ötən may ayıBakıda Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayında qonaqqismində çıxış edərkən deyə bildim. Heç kimə sirr deyil ki, ölkəmizdə yerlibazlığa, regionçuluğa son qoyacaq yeganə qüdrətli şəxsiyyət İlyas İsmayılov idi. Korrupsiyanın qarşısını yalnız tayfa təfəkkürünə son qoymaqla nail olmaqmümkündür yazıq ki, korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ƏdalətPartiyasının hazırladığı konsepsiyadan   istifadə olunmasına fürsət verilmədi. yuxarıda deyilən bir fikrə azacıq dəyişiklik edib  İlyas İsmayılova həsr olunmuşMən bu zamana sığmazamkitabı barədə qeydlərimi yekunlaşdırmaq istərdim. Bəli, İlyas Abbas oğlu Ulu Tanrının  bizlər üçün seçdiyi BƏNDƏ idi. Çox heyif ki, biz İlyas İsmayılov kimi müdriklik ədalətlilik mücəssəməsi olan bir şəxsiyyəti layiqincə qiymətləndirə bilmədik

Son olaraq qeyd edim ki, yazıçı-jurnalist İradə Aytelin redaktoru olduğu bukitabdan, eləcə Tovuz Xeyriyyə CəmiyyətiiləTovuzqəzetinin “İlyas İsmayılov: “ƏN BÖYÜK FƏZİLƏT ƏDALƏTDİR” adlı xüsusi buraxılışından aliməktəblərdə hüquq təhsili alan tələbələr üçün çox dəyərli dərs vəsaiti kimi istifadəetmək olar.

Könüllərdə özünə əbədi abidə ucaldan İlyas müəllimin ruhuna ehtiramla,

Nurəddin ƏDİLOĞLU

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!