Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 20:50

Tapılan üzük illər sonra sahibinə qaytarıldı

Təxminən iki min kilometr uzaqlıqda yaşayan bir qadının itirdiyi üzüyü təsadüfən ABŞ-ın Nyu-Cersi ştatından olan bir kişi tapıb.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki, üzüyü metal axtaran cihazla dəyərlər tapmağa maraq göstərən Endryu Siffer Nyu-Cersi ştatının Belmar borosunda yerləşən çimərlikdə aşkar edib.

Amerikalı kişi zinət əşyasının üzərindəki baş hərflərə əsaslanaraq onun 1966-cı ildə məktəbi bitirmiş Barbara Vilageyə məxsus olduğunu müəyyən edə bilib.

Siffer xatirə xarakterli üzüyü Vilage ailəsinə geri qaytarıb. Onun bacısı isə bildirib ki, üzüyün hansısa müəmmalı şəkildə Nyu-Cersiyə düşməsi təəccüblüdür. Çünki zinət əşyasının sahibi həmin ştatda heç vaxt olmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!