Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 13:19

Tarix Əliyev surroqat ana vasitəsilə dünyaya gələn qızına ad günü edib

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) qızı Milanaya ad günü keçirib.

Tezadlar.az  xəbər verir ki, özəl gündən qızı ilə birgə fotolarını paylaşan Tolik ürək sözlərini də yazıb:

“2025-ci ilin martın 27-si… Həyatımın ən böyük dəyişikliklərindən birinin ildönümü. İlk günlər heç nə hiss etmirdim, sanki hər şey adi idi. Amma günlər keçdikcə qəlbimdə böyüyən o hissin adını anladım – sevgi. Və anladım ki, mən artıq valideynəm, atayam. Zaman necə də tez keçdi. Bu gün dünyamın ən qiymətli varlığı – Milanamın bir yaşı tamam olur. İndi ona “ataya bax” deyəndə baxır, “atanı öp” deyəndə öpür, “ata” sözünü anlayır. Amma ən əsası, “qızım” sözünün nə demək olduğunu anladım. Bilirəm ki, bu dünyada mənim üçün nəfəs alan bir can var, onun adı Milana. Allah mənə göz açıb-yumana qədər onun bu bir yaşını görməyi nəsib etdi. İnşallah, ömür versin, əlimdən tutub ilk addımlarını görüm,
onu bağçaya aparım, məktəbə yola salım, universitetdə oxuduğunu görüm. Bir gün onu öz evimdən gəlin köçürüm. Qızım, bir yaşın mübarək. Nə yaxşı ki, həyatıma gəldin, varsan, həyatımı bu qədər gözəlləşdirdin”.

Qeyd edək ki, Tolik qızının surroqat ana vasitəsilə dünyaya gəldiyini bildirib. Daha əvvəl özü bu haqda izləyicilərinin suallarını cavablandırarkən danışıb. Tolik vurğulayıb ki, övladı daşıyıcı ananı heç vaxt görməyəcək:

“Süni mayalanma daşıyıcı, surroqat ana deməkdir. Onlar heç vaxt övladla görüşmək istəmirlər. Onlar uşağı qucaqlarına almırlar, heç görmürlər, bu hissi yaşamırlar. Dünyada və Azərbaycanda bu var. Mənim kimi məşhur deyillər deyə açıqlamırlar. Ümid edirəm ki, ailə quraram və xanım balama sevgisini verər. Balama görə narahat deyiləm. Allahdan bu uşağı istəmişəm. Mən balama öz sevgimi verirəm. Ailə qurub 3 ay yaşayıb uşağı bədbəxt etmək istəmirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!