26 Oktyabr 2025 / 09:51

Tayland və Kamboca Trampın iştirakı ilə sülh müqaviləsi imzaladılar

18 Kamboca hərbi əsiri azad ediləcək

Tayland və Kamboca ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsi imzaladılar.

Tezadlar.az bildirir ki, Ağ Ev bu barədə 26 oktyabrda məlumat verib.

Ağ Ev vurğulayıb ki, Tayland və Kamboca arasındakı münaqişənin sülh yolu ilə həlli Cənub-Şərqi Asiyada daha bir böyük müharibənin qarşısını alacaq və yerli əhali arasında saysız-hesabsız insanın həyatını xilas edəcək.

“Tayland-Kamboca sülh müqaviləsi milyonlarla insanın həyatını xilas edəcək”, – Tramp deyib.

Tərəflər sərhəd toqquşmalarına son qoymağı öhdələrinə götürüblər və 18 Kamboca hərbi əsiri azad ediləcək.

Kamboca və Tayland arasındakı münaqişə 24 iyulda hər iki tərəf artilleriya, Qrad çoxsaylı raket atıcıları və təyyarələr də daxil olmaqla ağır silahlardan istifadə etməyə başladıqda daha da şiddətlənib. Atəş nəticəsində ən azı 14 mülki şəxs həlak olub və Tayland sərhəd bölgələrinin 100.000-dən çox sakini təxliyə edilib.

İyulun 26-da ABŞ Prezidenti Donald Tramp Kamboca Baş naziri Khun Manet və Tayland Baş nazirinin səlahiyyətlərini icra edən Phumtham Veçayçay ilə münaqişələrin həlli ilə bağlı telefon danışığı aparıb. O qeyd edib ki, Vaşinqton döyüşlər bitənə qədər Tayland və ya Kamboca ilə heç bir ticarət danışıqları aparmaq niyyətində deyil.

ABŞ Prezidenti hər iki ölkənin hakimiyyət orqanlarının sülh dialoquna başlamağa hazır olduqlarını bildirdiklərini vurğulayıb. Veçayçay da öz növbəsində Taylandın atəşkəs üçün “səmimi niyyətlərini” nümayiş etdirməyincə Kamboca ilə danışıqlara başlamayacağını bildirib.

İyulun 28-də Tayland və Kamboca 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər. Atəşkəs 29 iyul səhəri qüvvəyə minib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!