Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, etiraz aksiyasının iştirakçıları parlament binası önünə toplaşıblar. Yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti bağlanıb. Hansı ki, Azadlıq Meydanına və parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı dəstə və bir neçə su reaktiv maşını cəlb olunub. Bundan başqa, ölkənin digər bir sıra böyük şəhərlərində də etiraz aksiyaları davam edir.
Xatırladırıq ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.