Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub. TƏBİB-dən Tezadlar.az-a verilən məlumata görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək N.Əliyev ixtisasca infeksionistdir və yeni təyinata qədər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Eyni zamanda Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini – baş həkim vəzifəsini, Faiq Vəliyev Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini təyin olunublar.
Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini K.Hacıyev yeni təyinatınadək Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində, Xətai Tibb Mərkəzinin direktorunun müavini – baş həkimi S.Əliyeva eyni tibb mərkəzinin Keyfiyyətin idarəolunması komitəsinin rəhbəri vəzifəsində, Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini F.Vəliyev eyni xəstəxananın Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin müdiri vəzifəsində, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini E.Məmmədov isə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri vəzifəsində çalışıb.