30 Yanvar 2026 / 17:55

TƏCİLİ: AY CAMAAT, BU MÜĞƏNNİNİN OĞLU OLACAQ! -BU APARICIYA AYIB OLSUN Kİ…

Efirdə nə vaxt doğacağını danışmaq nə dərəcədə tərbiyəvidir??? Axı efir xəstəxana deyil, UZİ aparatı olan kabinet deyil və aparıcı da uşaq doğuzduran mamaçı, yaxud mama-ginekoloq deyil… Axı bu TV-yə uşaq da baxır, böyük də, ağsaqqal-ağbirçək də… Ay balam, doğursan, get doğ də, daha bunu aləmə bəyan etmək, gözümüzə-qulağımıza soxmaq nə dərəcədə doğru əməldir???
***
Qısası, fb-də qarşıma Zaira Akifqızı adlı istifadəçinin statusu çıxdı. Olduqca xoşuma gəldi. Təqdim edirəm:
“Az öncə sosial şəbəkələrdə qarşıma xoşagəlməyən bir xəbər çıxdı: müğənni Gülnar Ələkbərlinin “gender party”si olub və oğlu olacağı açıqlanıb. Şahidlik edənlər arasında bir neçə müğənni, İfrat əmi (müğənni İfrat) və verilişin aparıcısı Vüsalə Əlizadə var. Təşkilatçının da Xəzər TV aparıcısı Vüsalə Əlizadə olduğu ehtimal edilir.
Hələ hamilə olan müğənni İfrat əmisini dəvət edir ki, o uşağın cinsiyyətinə daha yaxından şahidlik etsin. Bəlkə yaşımdan böyük səslənəcək, amma 2001-2005-ci illərdə belə videolar televiziyada görünmürdü. O zaman efirlərdə mədəniyyət, etika və insani dəyərlər təbliğ olunurdu. Şəxsən bizim ailəmiz uşaqlara efirə baxmağı qadağa etmirdi, amma bu gün valideynlərin əksəriyyəti uşaqlarına yerli televiziya kanallarını izləməyə haqlı olaraq icazə vermir. Demirəm ki, hər kəsin həyatı mükəmməl idi, amma o zaman hətta barəsində xoş sözlər deyilməyən müəyyən qadın müğənnilər belə davranışlarına fikir verirdi. Bu gün isə bəzi aparıcılar mədəniyyətin, dəyərlərin və mentalitetin vayına oturub. Televiziya proqramlarının böyük bir qismi əxlaqsızlığı təbliğ edir, biabırçılığı normal göstərir. Bütün günü gündə bir ər dəyişənlər, başqasının ərinə hədiyyə aldıranlar, evli kişidən uşaq dünyaya gətirib bunu fəxrlə efirdə danışanlar və sair bunların hamısını niyə izləməliyik? Kimə lazımdır Gülnar Ələkbərlinin hamiləliyi, onun uşağının cinsiyyəti ki, hələ “party” də keçirirsiniz? Və yaxud da kiminsə evli birindən uşaq dünyaya gətiməsi, hədiyyə alması? Efir proqramları bir zamanlar cəmiyyətin dəyərlərini qoruyan, insanlara örnək olan platformalar idi. İndi isə əksinə, biabırçılığı və əxlaqsızlığı təbliğ edən verilişlərə çevrilib. Başqa edilməyən biabırçılıq qalıbsa, deyin, onun üçün də şərait yaradaq ki, mövzunuz bitdiyi üçün normal, mədəniyyətə və dəyərlərə uyğun verilişlər efirə çıxarılsın!”.
Murad Dadaşov, nə deyirsən, efirinizi zibilləyənlərdən, tamaşaçını küsdürəndən xilas edin…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!