9 Fevral 2026 / 08:56

TƏCİLİ: BU HƏRBÇİLƏR QƏZAYA DÜŞDÜ- ÖLƏN VƏ YARALANANLAR VAR!

Bu səhər Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az DİN- nin saytına istinadla bildirir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü S. Şükürlü və avtomobildə olan digər sərnişinlər – 1994-cü il təvəllüdlü Samir Qurbanov (Quba sakini) və 1997-ci il təvəllüdlü Namiq Əsgərov (Şamaxı sakini) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olan və xəsarət alanlar hərbi qulluqçulardır. Hadisə xidmətdən kənar vaxtda baş verib.

İlkin məlumata görə, hadisə sürücünün səhlənkarlığı səbəbindən baş verib.

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!