3 Fevral 2026 / 16:30

TƏCİLİ: Mobil telefonlardan istifadə bütün məktəblərdə qadağan edilir!

Mobil telefonların şagirdlərin dərsdən yayındırması heç kimə sirr deyil… Məktəblərdə isə müəllim qadağan edir, valideynlər də minbir  bəhanə tapır!

Tezadlar.az xatırladır ki, Kommunikasiya vasitələrinin, o cümlədən mobil telefonların və planşetlərin istifadəsi Gürcüstanda isə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərdə də qadağan ediləcək. Bu təşəbbüs parlamentin Təhsil Komitəsinin iclasında “Gürcü Arzusu” partiyasının deputatı Rima Beradze tərəfindən irəli sürülüb. Təhsil nazirinin müavinləri bildiriblər ki, tətbiq ediləcək məhdudiyyətlər özəl məktəblərə də şamil olunacaq. Təhsil nazirinin müavini Tamar Maxaraşvilinin sözlərinə görə, söhbət yalnız mobil telefonlardan getmir. Qadağa planşetlərə, ağıllı saatlara və digər elektron kommunikasiya vasitələrinə də aid olacaq. Qanunvericilik təşəbbüsü parlamentin Təhsil və Elm Komitəsi tərəfindən dəstəklənib.

Azərbaycanda isə bu məsələ hələ də öz həllini tapmır. Dərsdə telefonla oynamaq bəzən adi hala çevrilir…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!