28 Yanvar 2026 / 23:41

TƏCİLİ: NAZİR MÜAVİNİ BU QƏDƏR PULU VERİB AZADLIĞA ÇIXDI

Tezadlar.az xəbər vermişdir ki, Gürcüstanın həbs edilən sabiq səhiyyə nazirinin müavini İlia Quduşauri 500 min lari girov qarşılığında azadlığa buraxılıb. Həbs edilən sabiq səhiyyə nazirinin müavini İlia Quduşauri 500 min lari girov qarşılığında azadlığa çıxıb. Belə ki, məhkəmə keçmiş səhiyyə nazirinin müavini İlia Quduşauri barəsində qətimkan tədbiri kimi 500 min lari məbləğində girov müəyyən edib. Bundan əlavə, prokurorluğun vəsatəti ilə İlia Quduşaurinin şəxsiyyət vəsiqəsi və pasportu müsadirə olunacaq. Müdafiə tərəfi və təqsirləndirilən şəxs prokurorun təqdim etdiyi vəsatətlə razılaşıb. Hakim Nana Şamatava prokurorluğun vəsatətini tam şəkildə təmin edib.

SİTAT: İlia Quduşauri Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi – vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ittiham olunur. Təqsirləndirilən şəxs irəli sürülən ittihamları etiraf edib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!