Bu gecə saatlarında Tehrandan Moskvaya doğru İranın istiqamət götürmüş hökumət təyyarəsi qeydə alınıb. Tezadlar.az xatırladır ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli rəsmi fakta istinadla yazıb. Sitat: “Bu təyyarəyə elə bir tələsik marşurut seçiblər ki, Xəzər akvatoriyası üzərindən yox, qısası, Azərbaycanın üzərindən uçub. Təyyarədə kimin olduğu haqda rəsmi məlumat yoxdur. Amma onun içərisində Xameneyi də ola bilər. Hətta ola bilər ki, bunkerdən çıxarıb Moskvaya göndəriblər. Hə, astroloq Zırəddin də bu gün deyib ki, “öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm”. Proqnoza diqqət edin, “öz xalqı istisna olmaqla…”, yəni… İndi İranda xalq istisna, rəsmilərin hamısı narahat içindədir..,”.
Dünyanın tanınmış media orqanları da gecə saatlarında Tehrandan Moskva istiqamətində uçan təyyarədən yazıblar.
A.Məmmədli