Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 May 2025 / 12:49

Təcridxanaya narkotika keçirmək cəhdinin qarşısı alındı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Tezadlar.az xəbər verir ki, həbs olunmuş şəxs Ramil Həsən oğlu Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şalvarın cibində gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,098 qram heroin və ümumi çəkisi 0,021qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!