Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Terror təhlükəsi səviyyəsinə görə ölkələrin reytinqində Azərbaycan ABŞ, Fransa və İsveçrə kimi ölkələri geridə qoyub.
Tezadlar.az xəbər verir ki, ölkəmiz 100 ölkə arasında 93-cü yerdə qərarlaşıb. Pakistan GTI-2026 reytinqində birinci yeri tutaraq ən təhlükəli ölkə kimi tanınıb.

Ötən gün dərc olunan Qlobal Terrorizm İndeksi 2026 (GTI) hesabatına görə, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınıb.
Terror təhlükəsi səviyyəsinə görə ölkələrin reytinqində Azərbaycan bir çox Avropa ölkəsindən, ABŞ-dan və Fars körfəzi dövlətlərindən aşağıda yer alıb.
Pakistan, Burkina Faso və Niger ən təhlükəli ölkələr kimi tanınıb. Suriya, İsrail və digər ölkələr də təhlükəsiz olmayan ölkələrin ilk 10-na daxil olub. Əfqanıstan 11-ci, Hindistan 13-cü, Rusiya 17-ci, İran 18-ci və Misir 32-ci, Çin 54-cü, BƏƏ isə 68-ci yerdədir. Qərb ölkələri də o qədər də təhlükəsiz olmayan ölkələr sırasındadıd: ABŞ 28-ci, Almaniya 29-cu, Fransa 35-ci və İsveçrə 67-ci yerdədir.
Azərbaycanın qonşuları aşağıdakı kimi sıralanıb: Türkiyə 36-cı, Gürcüstan 77-ci və Ermənistan 81-ci yerdədir.
GTI hesabatında qeyd olunur ki, dini, siyasi, etnik və digər zəmində terror hücumları təhlükəsi yüksək olan bir bölgədə mürəkkəb geosiyasi mövqeyinə baxmayaraq, Azərbaycan son illərdə uğurlu daxili və xarici siyasəti, güclü inkişafı və sabitliyi, eləcə də təhlükəsizlik orqanlarının terrorizmlə mübarizədə effektiv işi sayəsində çox yüksək daxili təhlükəsizlik reytinqinə malikdir.
JASMİN