18 Avqust 2025 / 13:15

Tehran və AEBA arasında yeni danışıqlar raundu gözlənilir

Yaxın günlərdə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında danışıqların yeni raundu keçirilə bilər.

Tezadlar.az İran mediasına istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.

“AEBA-nın baş direktorunun müavininin keçən həftə İrana səfərində məqsəd İsrail və ABŞ-nin İranın dinc nüvə obyektlərinə hücumlarından sonra Tehranla agentlik arasında qarşılıqlı fəaliyyət formatını işləyib hazırlamaqdan ibarət olub. Yaxın günlərdə İran və AEBA arasında danışıqların növbəti raundu keçirilə bilər”, – o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!