Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2025 / 08:37

Təhsil naziri vəzifəsindən istefa verib?

Bəzən yüksək vəzifəlilərin istefasını eşidəndə təəccüblənirik. Lakin bu dünyada qəbul edilən bir siyasi mədəniyyət nümunəsidir. Budur, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Aleksandre Tsuladze vəzifəsindən istefa verdiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. Nazir bəyanatında bildirib ki, qərarı şəxsi səbəblərlə əlaqədardır: “Bu gün şəxsi qərarıma əsasən Gürcüstanın Təhsil, Elm və Gənclər naziri vəzifəsindən istefa verirəm. Nazir olduğum müddətdə əməkdaşlarla birlikdə təhsilin bütün pillələrində keyfiyyətin artırılması istiqamətində mühüm təşəbbüsləri həyata keçirdik. Bir çox yenilikçi layihələrin təməlini qoyduq və əminəm ki, onların tamamlanmasını yeni nazir uğurla davam etdirəcək”, – deyə Aleksandre Tsuladze qeyd edib. Aleksandre Tsuladze həmçinin nazirliyin əməkdaşlarına və hökumət komandasına təşəkkürünü bildirib.

Qeyd edək ki, Aleksandre Tsuladze 2024-cü il oktyabrın 2-də Gürcüstanın Təhsil, Elm və Gənclər naziri təyin olunmuşdu. O, bu vəzifəyə Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən təqdim edilmişdi. Tsuladze bu təyinatdan əvvəl nazirliyin birinci müavini vəzifəsində çalışıb. O, nazir postunda Giorgi Amilaxvarini əvəz etmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!