Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın Texas ştatında daşqın zamanı azı 24 nəfər ölüb, daha 25 nəfər itkin düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “The New York Times” (NYT) məlumat yayıb.
Daşqın güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verib. Ölənlər arasında uşaqlar da var, ən azı 20 nəfər isə qızlar üçün yay düşərgəsindən itkin düşüb.
Texas ştatının qubernatoru Qreq Abbott bir neçə əyalətdə fövqəladə vəziyyət elan edib. O, əməliyyat-axtarış tədbirlərinin “fasiləsiz” aparılacağına söz verib.
E.ŞİRİNOV