Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qazaxıstan həqiqətləri” (“Kazaxstanskaya pravda”) qəzeti və eyniadlı sayt qəzetimizin rəhbərliyinin müraciətindən və bu barədə yayımladığımız məqalədən sonra Qarabağla bağlı çox ciddi siyasi səhvini aradan qaldırdı…
…Azərbaycan mediasının vəzifəsi təkcə ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq deyil, həm də dünya mediasında Azərbaycan həqiqətlərinin təhrif edilməsinə, erməni niyyətlilərin məqsədinə xidmət edən feyk məlumat və yazılara tutarlı cavab vermək olmalıdır. Hər bir media orqanı və jurnalist təhlillər aparmalı, istər beynəlxalq mediada, istərsə də sosial platformalardaAzərbaycanın əleyhinə yazılmış məqalələrə, məlumatlara dərhal reaksiya verməli, qarşı tərəfə Azərbaycan həqiqətlərini dolğun şəkildə izah edərək cavab sorğulamalıdır…
***
“Təzadlar” olaraq bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq. Əsasən də, daha çox Fransa, Kanada, Avstraliya, Rusiya, Almaniya… mediasında və sosial platformalarda yer alan materiallarla bağlı təhlillər aparırıq… Sevindirici hal odur ki, bütün cəhdlərimiz öz səmərəsini verib. Məsələn, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin getdiyi bir vaxtda AvstraliyaParlamentində qondarma “DQR“ın tanınmasına dair müzakirələr başlamışdı…. Avropa Mətbuat Federasiyasının üzvü, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili beynəlxalq media statusundan istifadə edərək Avstraliya Parlamentinin Aparatına rəsmi sorğu göndərərək bu müzakirələrin nəyin əsasında aparıldığını sorğuladı, eləcə də ermənilərin Qarabağa 1828-ci ildən başlayaraq Türkiyə və İrandan köçürüldüyünü təsdiqləyən rəsmi mənbələri ingilis, rus və fransız dillərində toplayaraq aidiyyəti üzrə göndərdi… Hətta həmin sənədlərə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə 1978-ci ildə özləri tərəfindən Qarabağda ucaldılmış (sonradan sökdükləri) abidə kompleksinin fotoşəkli də əlavə edilmişdi… İki gündən sonra jurnalistə Avstraliya Parlamentinin Aparatından elektron cavab gəldi ki, sorğuda qoyulan məsələ Yuxarı Palatada müzakirə edilib müvafiq qərar qəbul ediləcək… Bununla da Avstraliya Parlamenti ermənilərin feyk məlumatlarını bir kənara ataraq ədalətli mövqeyini ortaya qoydu və ermənilərin bu mənfur planı baş tutmadı…
QAZAXISTANIN RƏSMİ PORTALI ERMƏNİ DƏYİRMANINA SU TÖKÜR – “DQR“IN“PREZİDENT“İNDƏN YAZIR, AMMA...
“Təzadlar” qəzetinin rəsmi tezadlar.az saytında da bu barədə məqalə yayımlanmışdır… Belə ki, Qazaxıstan Xarici İşlər Nazirliyi 12 sentyabr 2023-cü il tarixdə Dağlıq Qarabağ ətrafındakıvəziyyətlə bağlı açıqlama vermişdi… Bu barədə Qazaxıstan Respublikasının rəsmi“Kazaxstanskaya pravda” qəzeti və qəzetin “kazpravda.kz” portalı da belə bir məlumat yayır.
Sitat: “Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar Qazaxstan RespublikasıAzərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi vəərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyir, həmçinin bütün məsələlərin BMTNizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi vədiplomatik vasitələrlə həllinə tərəfdardır”.
Əlbəttə, bura qədər çox gözəl! Çünki qardaş ölkədən ədalətli bəyanat gözləyirik, onu da ediblər. Necə deyərlər, haqqı deyib, hüquqa söykəniblər. Amma Azərbaycanın Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması yolunda çaba göstərdiyi bir vaxtda – həqiqəti bilsələr də, görsələr də, özlərini karlığa, korluğa vurmuş bir çox Qərb, Avropa ölkələrinin saxta, iftira, yalan dolu informasiya təbliğatı ilə mübarizə aparıldığı bir zamanda qan qardaşımız Qazaxıstanın“kazpravda.kz” portalından zərbə alırıq – onlar da erməni, fransız, amerika … təbliğat maşınlarının üyüdüb tökdüklərini, sırımaq istədiklərini yazırlar. Beləliklə, qurumun bəyanatını dərc edən portal həmin məlumata belə bir əlavə edir:
“Xatırladaq ki, sentyabrın 1-də DağlıqQarabağ Respublikasının prezidenti Arayik Arutyunyan parlamentə istefa ərizəsi təqdim edib. Sentyabrın 9-da Dağlıq Qarabağ Respublikasının parlamenti növbədənkənar iclasda yeniprezidenti – 45 yaşlı Samvel Şahramanyanı seçib”.
Çox maraqlıdır, Qazaxstan XİN–in bəyanatını yayan portal bilmir ki, AzərbaycanRespublikasının ərazisində “Dağlıq Qarabağ Respublikası” adlı qondarma quruluş mövcud deyil, olmayıb və olmayacaq da?! Və Azərbaycanda da nə Arayik Arutyunyan, nə də Samvel Şahramanyan adlı “prezident”lər olmayıb, olmayacaq da?!
Necə ola bilər ki, bu boyda məşhur və rəsmi qəzet (portal) Azərbaycanda nə baş verdiyindən xəbərsizdir?! 30 il ərzində ermənilərin viran qoyduğu Qarabağdan çəkilmiş videosüjetlər, fotoşəkillər… bu portal rəhbərinin qulağına çatmayıbmı?! 44 günlük Vətən müharibəsində can qoyan minlərlə igidimizdən, Prezidentin “Dəmir yumruq”la tarixi ədaləti bərpa etməsindən də xəbərsizdirlərmi?
Həm də qeyd edirlər ki, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən prezident seçkilərinin Azərbaycan Respublikasının konstitusiya və qanunlarının, habelə beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bəyan edib. Bəs belə olan halda, Qazaxıstanın“kazpravda.kz” portalı kimə xidmət edir və yolun hansı tərəfində dayanıb? Yalnız təəssüflənmək olar.
İndi isə oxuculara həmin xəbərdə qeyd edilən hissəni olduğu kimi təqdim edirik:
“Napomnim, 1 sentəbrə prezident Naqorno–Karabaxskoy respubliki Araik Arutönənpredstavil v parlament zaəvlenie o svoey otstavke. Parlament Naqorno–Karabaxskoyrespubliki na speüialğnom zasedanii 9 sentəbrə izbral novoqo prezidenta – 45-letneqoSamvela Şaxramanəna.”
Məqaləni aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:
https://www.tezadlar.az/index.php/en/video–news/journalists/yasemen–memmedov/20920-kazpravda–kz–hansi–d–yi–rmana–su–tokur–arutyunyani–sahramanyani–qarabagin–prezi–dent–l–ri–ki–mi–t–qdi–m–edi–r
“Təzadlar“ın adı çəkilən sayta göndərilən sorğusu hədəfləndi: sayt təkzib verdi, məlumatına düzəliş etdi və üzrxahlıq məktubu göndərdi…
Beləliklə, “Təzadlar“ın baş redaktoru Asif Mərzili yenidən beynəlxalq media statusundanistifadə edərək adı çəkilən sayta rəsmi elektron sorğu və etiraz məktubu göndərdi.
Sitat: «“Qlavnomu redaktoru “Kazaxstanskaə pravda” (https://kazpravda.kz)!
Uvajaemıy qospodin ql. redaktor! Ə, Asif Marzili, jurnalist, çlen Evropeyskoy federaüiipressı, rukovoditelğ portala tezadlar.az i tezadlarTV, obozrevatelğ tureükix saytovtrtajans.som, anadoluyakasihaber.som i ilkhavadis.com, dovoju do vaşeqo svedeniə o tom, çto seqodnə “Kazaxstanskaə pravda” opublikoval informaüiö, stavəhuö pod somnenieterritorialğnuö üelostnostğ Azerbaydjana. Daö ssılku na gtu dezinformaüiö
(https://kazpravda.kz/n/mid–kazahstana–sdelal–zayavlenie–po–nagornomu–karabahu/).
Na vışeukazannom sayte dopuhena qrubeyşaə oşibka, ukazav Karabax, neotcemlemuö isuverennuö territoriö Azerbaydjanskoy Respubliki, v kaçestve otdelğnoy «Naqorno–Karabaxskoy Respubliki» i dezinformaüiə. Sitat: «Napomnim, 1 sentəbrə prezidentNaqorno–Karabaxskoy respubliki Araik Arutönən predstavil v parlament zaəvlenie osvoey otstavke. Parlament Naqorno–Karabaxskoy respubliki na speüialğnom zasedanii 9 sentəbrə izbral novoqo prezidenta – 45-letneqo Samvela Şaxramanəna“.
Uvajaemıy Qospodin ql. redaktor!
Na territorii Azerbaydjanskoy Respubliki net nikakoqo obrazovaniə pod nazvaniem«Naqorno–Karabaxskaə Respublika», a estğ Karabaxskiy gkonomiçeskiy rayon. Azerbaydjan obespeçil svoö territorialğnuö üelostnostğ, prekrativ 30-letnöö okkupaüiöArmenii s noəbrə 2020 qoda.
Vı jurnalist bratskoy dlə Azerbaydjana Kazaxskoy Respubliki, i pogtomu proşu Vas datğsootvetstvuöhee ukazanie po prinətiö mer protiv sabotaja ukazannoqo sayta i vpredğuvajatğ suverennıe territorii naşey stranı.
S uvajeniem, Asif Marzili.
Azerbaydjan, Baku“.
***

Bu isə saytın rəhbərliiyndən Asif Mərziliyə elə həmin gün göndərilən operativ cavabməktubu:
«Zdravstvuyte, Asif.
Mnoqouvajaemıy Asif Marzili!
Menə zovut Azamat Serikbaev, ə əvləösğ şef–redaktorom sayta kazpravda.kz
Spasibo za Vaşe obrahenie k nam. Po suhestvu skazannoqo, pozvolğte bı poəsnitğsleduöhee.
Sayt kazpravda.kz upomənutuö vami informaüiö dal v podderjku drujeskoqoazerbaydjanskoqo naroda, a takje suvereniteta i territorialğnoy üelostnostiAzerbaydjana. İnformaüiə naçinaetsə so sleduöhix slov. Üitiruem: «Kazaxstanpodderjivaet suverenitet i territorialğnuö üelostnostğ Azerbaydjana. V ministerstveinostrannıx del Kazaxstana sdelali zaəvlenie po situaüii vokruq Naqornoqo Karabaxa, peredaet Kazpravda.kz. “V svəzi s poslednimi sobıtiəmi vokruq Naqornoqo Karabaxa, Respublika Kazaxstan v oçerednoy raz podtverjdaet reşitelğnuö podderjku suverenitetu iterritorialğnoy üelostnosti Azerbaydjanskoy Respubliki v predelax eё mejdunarodno–priznannıx qraniü, a takje vıstupaet za urequlirovanie vsex voprosov politiko–diplomatiçeskim putёm v sootvetstvii s Ustavom OON i osnovopolaqaöhimi prinüipami inormami mejdunarodnoqo prava“, – qovoritsə v soobhenii vedomstva». Dalee po teksturedaküiə poəsnəet, çto za sobıtiə imelisğ vvidu, qde reçğ idet o, po suti, nezakonnıx vıboraxv Naqornom Karabaxe.
O tom, çto gti vıborı ne priznaötsə Kazaxstanom əsno iz soderjaniə materiala.
Odnako priznaem, çto upominanie o əkobı “Naqorno–Karabaxskoy respublike” bılonekorrektnım, i otnıne mı budem ispolğzovatğ pravilğnoe napisanie gtoy administrativno–territorialğnoy ediniüı. V gtoy svəzi, mnoö prinəto reşenie voobhe udalitğ posledniy abzaü
materiala. A takje obəzatelğno provedu razcəsnitelğnuö besedu so svoimi jurnalistami.
Mir Vaşemu domu, uvajaemıy Asif, i da pustğ ne omraçit gto nedorazumenie otnoşeniəmejdu dvumə bratskimi narodami.
S uvajeniem, Azamat, Astana».
Saytın rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk ki, anlaşılmazlıq dərhal aradan qaldırıldı…
***
Bu, bəlkə də adi görünə bilər. Amma mətbuat olaraq beynəlxalq mediada oxşar monitorinq və təhlillər apararaq Azərbaycanın əleyhinə bilərəkdən, yaxud bilməyərəkdən yazılmış əsassız məqalələrə dərhal reaksiya verməliyik. Hər birimiz belə edəriksə, görün erməni dəyirmanına tökülən nə qədər “suyun” qarşısını almış olarıq…
Qırğızıstan saytı da səhvə yol verdi, amma…
Xatırladıram ki, bu 2023-cü ilin martın 5-də yenə də qan qardaşlarımızdan biri Qırğızıstan Respublikasının manas.news saytında oxşar səhvə yol verilmişdir. Belə ki, sayt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan xəbər yaymışdı.
«Martın 5-də Dağlıq Qarabağda atışma olub: Ermənistan və Azərbaycan hərbçiləri həlak olub» başlıqlı həmin xəbərdən sitat: «DağlıqQarabağda insident baş verib, nəticədə Ermənistan və Azərbaycan hərbçiləri həlak olub. Dağlıq Qarabağ Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu DQR DİN–nin viza nəzarəti əməkdaşlarının növbətçi avtomobiliniatəşə tutub. Bu insident nəticəsində 3 polis əməkdaşı həlak olub, daha biri yaralanıb» və s.
Asif Mərzili dərhal Qırğızıstan Prezidenti cənab Sadır Japarova, saytın rəhbərliyinə, Qırğızıstanın Azərbaycandakı, Azərbaycanın Qırğızıstandakı səfirliklərinə ətraflı məlumat verərək saytın bu kobud və təxribatçı səhvinin dərhal düzəldilməsini xahiş etdi. Müraciətlər diqqətdən kənar qalmadı və dərhal da manas.news saytından elektron poçtumuza cavab məktubu gəldi: «Spasibo za utoçnenie, ispravili…».
Bu da məqalənin linki: https://tezadlar.az/index.php/en/agenda/16294-qirgizistanin–t–xri–batci–sayti–s–hvi–ni–duz–ltdi–asi–f–m–rzi–li–y–cavab–g–ldi
***
…Biz bu gün bütün dövlətlərdən Azərbaycan barədə – Qarabağla bağlı həqiqətlərin yazılmasını, ədalətli yanaşmanı gözləyirik. Bu gözlənti qanımız bir olan türkdilli dövlətlərdən isə ikiqatdır. Lakin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması və dünya mediasında Azərbaycan həqiqətlərinin təhrif olunmasının qarşısının alınması isə milli mediamızın üzərinə düşür… Təhriflərin isə üstünə vaxtında düşmək lazımdır ki…
Yasəmən MƏMMƏDLİ