Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“The Wall Street Journal” nəşri ABŞ administrasiyasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin sülh yolu ilə həlli üçün 28 maddəlik planının yazılmasına gətirib çıxaran hadisələri təhlil edib. Tezadlar.az «WSJ» nəşrinə istinadla bildirir ki, Amerika nəşrinin məlumatına görə, hələ oktyabr ayında ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik qrupuna Qəzza planına bənzər şəkildə Ukraynadakı müharibəyə də son qoymaq üçün bir plan hazırlamağı tapşırıb. Mənbələr nəşrə bildirib ki, İsrail və HƏMAS arasında razılaşmadan sonra Yaxın Şərqdən uçuş zamanı Trampın elçiləri Stiv Vitkoff və Cared Kuşner sonda 28 maddəlik planın ilk layihəsini yazmağa başlayıblar. Adının çəkilməsini istəməyən ABŞ rəsmiləri qeyd ediblər ki, planlarını hazırlayarkən Vitkoff və Kuşner Mayamidə köməkçiləri ilə gizli görüşlər keçirən Kremlin daxili nümayəndəsinin məlumatlarına və istəklərinə əsaslanıblar. Putinlə yaxın əlaqələri və Kuşnerlə uzunmüddətli münasibətləri olan Kreml rəsmisi olan Kirill Dmitriyev tərəfindən lazımi təkliflər verilib.
Nəşrin mənbələri bildirir ki, Dmitriyev həftəsonu Uitkoffun evində üç günlük intensiv şam yeməyi edib və müzakirələri və uzun söhbətləri Mayamiyə gətirib. Ukraynalı yüksək vəzifəli şəxslə və eləcə də prezident Volodimir Zelenski ilə ən azı iki zəng təşkil edilib. Lakin plan ötən həftə mətbuata sızdırıldıqda, onun şərtlərinin Kremlin xeyrinə olduğu ortaya çıxıb. Bu, Avropa rəsmilərini və Konqresdəki Kiyev tərəfdarlarını şoka salıb və Tramp administrasiyası üçün çoxgünlük transatlantik böhrana səbəb olub.
Amerika rəsmiləri bildiriblər ki, bu plan Uitkoff və Kuşnerin Vladimir Putinin dəstəyini təmin etmək üçün “xoş niyyətli cəhd”i əks etdirir. Hansı ki, Putin Ağ Evin Ukraynadakı döyüşlərə son qoymaq cəhdlərini dəfələrlə rədd edib. Xüsusilə, Dmitriyev Ukraynanı NATO-dan kənarda saxlamaqda, Ukrayna qoşunlarının Donbasdan tamamilə çıxarılmasında və Ukrayna ordusunun sayının azaldılmasında israr edib. Trampın ABŞ və Rusiya arasında iqtisadi əlaqələri genişləndirmək istəyinə istinad edən Dmitriyev həm də süni intellekt, enerji və bir çox digər sahələrdə iqtisadi müqavilələr imzalamağı təklif edib.
Rəsmilər onu da bildirirlər ki, Uitkoff ABŞ və xarici rəsmilərlə söhbətlər və kəşfiyyat qiymətləndirmələrini oxuyaraq Ukraynanın daha zəif hərbi vəziyyətdə olduğu qənaətinə gəlib.
Mənbələrin sözlərinə görə, bundan sonra Uitkoff və Kuşner Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu planı təqdim etmək üçün Mayamiyə dəvət ediblər.
Mənbələrə görə, o, açıq şəkildə onlara bunun Ukrayna üçün deyil, Rusiya üçün daha yaxşı bir razılaşma olduğunu bildirib. O, Zelenskiyə zəng edərək ona məlumat verməyi tövsiyə edib.
***
16 noyabrda Kuşner və Uitkoff 28 maddəlik planı Ukrayna prezidentinə təqdim ediblər. Zelenski sülh sazişi əldə etmək səylərinə görə onlara və Trampa təşəkkür edib. Amma o, planın hələ bir çox dəyişikliklərə məruz qalmasına ehtiyac olduğunu deyərək, bu məsələdə geri dönüş edəcəyinə söz verib. Mənbənin sözlərinə görə, Dövlət katibi Marko Rubio planın surətini 18 noyabrda alıb. Mənbələr bildirib ki, Rubio Uitkoff və Kuşnerin təşəbbüsündən xəbərdar imiş, lakin o zaman onların hazırladıqlarının tam həcmindən xəbərsiz olub. Planın təfərrüatları açıqlandıqdan sonra Ağ Ev birtərəfli şərtlərlə bağlı qəfil böhranla üzləşib. Mənbələrin verdiyi məlumata görə, Rubio qəzəbli Avropa rəsmiləri və qanunvericilərdən zənglər də alıb. Qanunvericilər konfransda jurnalistlərə bildiriblər ki, Rubio onlara ilkin layihənin Dmitriyevin adını çəkmədən hansısa rusiyalı tərəfindən çatdırıldığını deyib. Rubio isə qanunvericilərin iddiasını təkzib edib: “Sülh təklifi ABŞ tərəfindən hazırlanıb. O, Rusiya tərəfindən verilən məlumatlara əsaslanır. Lakin bu plan, həmçinin Ukraynadan gələn əvvəlki və cari məlumatlara da əsaslanır.”
Bundan sonra Rubio, Vitkov və Kuşner tələsik Cenevrədə Ukrayna və Avropa rəsmiləri ilə görüş təşkil edib və planın Kiyev üçün daha məqbul olması üçün dəyişikliklər barədə razılığa gəliblər. Ən vacibi, rəsmilər son sülh planının Ukraynanın əsas məqsədlərinə çatmasını təmin edəcəyinə söz veriblər.
Sitatın sonu…
Təqdim etdi: A.Məmmədli