Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 17:16

“TİK-TOK”çu İlhamə məhkəmədə deyib ki…- İNANILMAZ

Qalmaqallı hərəkətləri ilə gündəmdə olan İlhamə Elşadqızı indi məhkəmə qarşısındadır. Belə ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Daha sonra təqsirləndirilən şəxs ifadə verib: “Mən narkoman deyiləm. Mənə böhtan atıblar. Aparıb qanımı yoxladırlar, qanım təmiz çıxdı. Kasıbam, bu yaşıma kimi təmiz yaşamışam. Atam da riyaziyyatçı olub… Evimə qayıtmaq istəyirəm”.

Təqsirləndirilən şəxsin vəkil müvəkkili barəsində olan həbs qətimkan tədbirin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti prosesdə şahidlər dindiriləcək. Poses iyunun 11-də davam etdiriləcək. Hansı ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri də saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub və s.

Bu da hay-küyü aləmi götürənlərin sonu! Dərs olacaqmı???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!