Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2025 / 12:42

Traktorun xilas edə bilmədiyi atı sevgi xilas etdi…

Həyatda belə də olur: sosial media istifadəçisi Nəcəf Əsgərzadə yazır: “Avstraliyada yaşayan Nikol palçıqda ilişib qalan atının yanından 3 saat boyunca ayrılmır. Onun nəfəsi kəsilməsin deyə başını dik vəziyyətdə saxlayır. Xilasedicilər müxtəlif üsullardan istifadə edirlər. Faydası olmur. Sonda əraziyə traktor gətirirlər. Bunun sayəsində atı xilas edə bilirlər. Əslində atı xilas edən traktor deyil, Nikolun sevgisi olur…”.
Gəncədə oxşar hadisənin şahidi olmuşam… Qocaman fermer Akif Rzayev beçələrini daşıyıb aparan tülkünü tüfəngə tuş edib qovdu… Tülkü kolluqda özünə səngər tapdı, gizləndi. İkimiz də tülkünün gizləndiyi yerə çatdıq, ana tülkü beçələri yerə atməşdı, bizə baxırdı. Yəni təslim olduğunu diqqətə çatdırırdı… Bir də onda gördük ki, arxasında 4-5 tülkü balası var. Ana sinəsini balalarına sipər etmişdi… Akif kişi tüfəngi yana çevirdi, atmadı, soruşdum niyə? Dedi: “…Tülkü balalarını qoyub Rusiyaya qaçan bəziləri kimi olmadı, ailəsini qorudu… Bu beçələr də o balaların qismətidir!”,-deyib kövrəlmiş halda geri döndü…
Asif MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!