9 Oktyabr 2025 / 08:15

Tramp 11 və ya 12 oktyabrda Yaxın Şərqə uça bilər

Amerika liderinin sözlərinə görə, səfər regionda sülh danışıqları ilə bağlı olacaq

ABŞ prezidenti Donald Tramp regionda sülh danışıqları ilə əlaqədar bu həftə sonu Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb. Amerika lideri bunun 11 və ya 12 oktyabrda baş verə biləcəyini dəqiqləşdirib.

Tezadlar.az-ın xarici mətbuata istinadən məlumatına görə, Ağ Evdə jurnalistlərlə görüşdə Tramp qeyd edib ki, danışıqlar uğurla gedir və Yaxın Şərqdəki vəziyyətin nizamlanması üçün razılığın əldə olunması üçün “yüksək şans” var. “Mən yəqin ki, bu həftənin sonunda, yəqin ki, oktyabrın 12-də ora gedəcəm”, – Amerika prezidenti deyib.

Daha sonra o, səfərin “bazar günü, bəlkə də şənbə günü” baş tuta biləcəyinə aydınlıq gətirib. “Ola bilsin ki, şənbə axşamından bir qədər gec, məncə, bu, bizim cədvəlimizdir”, – Tramp əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!