16 Oktyabr 2025 / 06:58

Tramp ABŞ-ı Əfqanıstanla müqayisə edib

ABŞ prezidenti Donald Tramp ölkəsində cinayət nisbətlərinin yüksək olduğunu bəyan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ-da kriminal vəziyyət Əfqanıstandakından daha pisdir. Bununla belə, Ağ Evin rəhbəri Amerika şəhərlərinin “küçələrini” cinayətkarlardan təmizləyəcəyini vəd edib.

“Biz bütün şəhərlərimizi xilas edəcəyik və onları başqa ölkələrdə olduğu kimi cinayətdən təmizləyəcəyik. Siz Əfqanıstan və digər şəhərlər haqqında bəzən eşidirsiniz, lakin bizim şəhərlərdə cinayətkarlıq onların təsəvvür edə bildiklərindən də pisdir. Və biz bunu dayandıracağıq”,- o deyib.

Bundan əvvəl Tramp San-Fransisko, Çikaqo və Nyu-Yorkda cinayətkarlıqla mübarizə aparacağını vəd etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!