Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ İsrail və İran arasında davam edən münaqişəyə “müdaxilə edə bilər”.
Tezadlar.az xəbər verir ki, o, bu barədə “ABC News”-a müsahibəsində bildirib.
“Mümkündür. Biz ola bilərik”, – deyən siyasətçi ABŞ-ın hazırda hərbi əməliyyatlarda rəsmi olaraq iştirak etmədiyini bildirib.
Tramp həmçinin qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putinin vasitəçi kimi çıxış etməsi ideyasına açıqdır.
“O, hazırdır. Bu barədə mənə zəng etdi. Uzun müddət danışdıq”, – Amerika lideri bildirib.
Xəbər verdiyimiz kimi, iyunun 13-nə keçən gecə İsrail İrana irimiqyaslı hücum həyata keçirərək, paytaxt da daxil olmaqla, bir sıra şəhərlərə zərbələr endirib. Nüvə obyektləri, o cümlədən Natanzdakı mərkəz, eləcə də nüvə proqramı ilə əlaqəli İran hərbçiləri və mütəxəssisləri hədəfə alınıb.
E.ŞİRİNOV