Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Havananın razılığa gələ biləcəyinə əminliyini ifadə edib.
Tezadlar.az xəbər verir ki, RİA Novosti onun sözlərindən sitat gətirib.
Amerika liderinin sözlərinə görə, Kuba hakimiyyəti özləri ABŞ-Kuba münasibətləri məsələsini həll etmək üçün təşəbbüs göstərəcəklər.
“Bu, humanitar böhran olmamalıdır. Düşünürəm ki, onlar yəqin ki, bizə gələcəklər və Kubanın yenidən azad olması üçün razılaşma əldə etmək istəyəcəklər. Onlar bizə gələcəklər, razılaşma əldə edəcəklər”, – deyə Tramp jurnalistlərə bildirib.
Daha əvvəl Tramp Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq edən sərəncam imzalayıb. O, həmçinin Havanadan milli təhlükəsizliyə qarşı iddia edilən təhdid səbəbindən milli fövqəladə vəziyyət elan edib.
Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla Vaşinqtonun hərəkətlərini pisləyərək, ABŞ-ın yaratdığı təhdid səbəbindən beynəlxalq fövqəladə vəziyyət elan edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Kubadan milli təhlükəsizliyə təhdid iddiası ilə bağlı fövqəladə vəziyyət elan etməsinin adanı iqtisadi cəhətdən boğmağa yönəlmiş təzyiq strategiyasına radikal bir dönüş olduğunu qeyd edib.
E.ŞİRİNOV