Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


2025-ci ilin yanvarında ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın administrasiyası Ukrayna münaqişəsi ilə bağlı danışıqların təşkili üzərində işə başlayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Vals “Fox News” telekanalında bildirib.
“Biz masada kimin oturacağını, hər iki tərəfi necə oturtmağı və razılaşmanın parametrlərinin nədən ibarət olduğunu müzakirə etməliyik”, – Vals bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri danışıqlar prosesinin “əsas hissəsinə” çevrilməlidir, çünki Kiyevin “yükünü” ABŞ-ın müttəfiqləri də öz üzərinə götürməlidir.
Bundan əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Kiyev və onun Qərb müttəfiqləri Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə dialoqa başlamalıdırlar. O, həmçinin hazırkı siyasətçilərə Trampla ünsiyyətdə ardıcıl və səmimi olmağı və onu dinləməyi tövsiyə edib.
E.ŞİRİNOV