Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2024 / 16:03

TRAMP ADMİNİSTRASİYASININ KEÇMİŞ RƏSMİLƏRİ NETANYAHU İLƏ GÖRÜŞÜB

ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının keçmiş rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Qeyd olunur ki, görüşdə Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O`Brayen, həmçinin BƏƏ və İsveçrədəki istefada olan səfirlər Con Rakolta və Ed MakMullen iştirak ediblər. Eyni zamanda, rəsmilərin səfəri Trampın özünün sifarişi deyildi. Agentliyin həmsöhbəti onu da əlavə edib ki, Amerika rəsmiləri İsrailə dəstək nümayiş etdirmək, Qəzza zolağındakı vəziyyəti öyrənmək və HƏMAS-ın hücumunun nəticələrini öz gözləri ilə görmək istəyirlər.

“Səfər aylar əvvəldən planlaşdırılıb və prezident Trampın tələbi və ya göstərişi deyildi”, – mənbə bildirib.

Daha əvvəl BCM-nin baş prokuroru Kərim Xan bildirib ki, o, məhkəmənin ibtidai kollegiyasından İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant, eləcə də Fələstin HƏMAS hərəkatının üç liderinin həbsinə order verilməsini tələb edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!