Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən onun doğuşdan olan vətəndaşlığı məhdudlaşdıran fərmanının konstitusiyaya uyğunluğunu yoxlamağı xahiş edib.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ağ Ev hesab edir ki, aşağı məhkəmənin Trampın sərəncamını etibarsız sayan qərarı ABŞ sərhədlərinin təhlükəsizliyinə xələl gətirir. Administrasiya hesab edir ki, bu cür qərarlar “yüz minlərlə uyğunsuz insana ABŞ vətəndaşlığı imtiyazı verir”.
Bu il yanvarın 21-də Donald Tramp anadangəlmə vətəndaşlığı məhdudlaşdıran fərman imzalayıb. Bu sərəncamın qüvvəyə minməsindən 30 gün sonra doğulan uşaqlara şamil ediləcəyi bildirilir.
E.ŞİRİNOV